40 dərəcə isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən iyu­lun 23-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsə­cək.Gecə 20-25°, gündüz 32-37° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı, 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperatu­ru gecə 21-26°, gündüz 35-40°, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq.

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya