“Queen” qrupu “Brit Billion Award” mükafatını alıb

post-img

“Queen” qrupu Böyük Britaniyada 1 milyard dinləməyə görə “Brit Billion Award” mükafatını alıb. Hesablamanı “Official Charts Company” şirkəti aparıb. Bu xəbəri “Variety” nəşri yayımlayıb. 

Mükafat Brayan Mey və Rocer Tey­lora verilib. “Queen” qrupu, ötən əsrin 70-ci illərinin ortalarından 90-cı illərinin ortalarına qədər ən geniş şöhrət qaza­nan ingilis rok qrupudur, albomlarının ümumi dünya tirajı 300 milyonu ötüb. Qrupun “We Will Rock You” və “We Are the Champions” mahnıları müasir dün­yanın ən məşhur rok vokal inciləridir. 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Dünya