“ChatGPT”nin “yaddaş”ı silinməyəcək

post-img

“OpenAI” şirkəti süni intellektli “ChatGPT” çatbotuna yeni “xüsusi təlimatlar” funksiyasını əlavə edib. 

“ChatGPT”də hər dəfə sorğu başla­dılan zaman yaddaş silinir və keçmişdə danışılanlar unudulurdu. Lakin əlavə edilən yeni funksiya sayəsində artıq təfərrüatları təkrar xatırlatmağa ehtiyac olmayacaq. Belə ki, “xüsusi təlimatlar” adlanan bölməyə daxil edilən məlu­matlar daimi yaddaşda qalacaq. 

Məsələn, xüsusi təlimatlar bölmə­sində “Mən üçüncü sinif müəllimiyəm” yazılsa, istənilən axtarış zamanı o, bu təlimata uyğun yaş qrupu üçün cavab verəcək. Qısacası, bütün lazımi kon­tekst və məlumatları bölmədə qeyd et­məklə işlər asanlaşacaq. 

Qeyd edək ki, yeni funksiya əl­çatandır. Lakin hələlik Avropa İttifaqı və Böyük Britaniyada istifadə etmək mümkündür. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya