Martın 4-nə olan hava proqnozu

post-img

Martın 4-də

                Bakıda və Abşeron yarımadasında də­yişkən buludlu olacağı, arabir tutulacağı, gün ər­zində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-6°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq. 

                Naxçıvan şəhəri, Culfa, Ordubad, Sə­dərək, Şahbuz və Şərur rayonlarında bəzi yer­lərdə arabir yağıntılı olacağı, qar yağacağı, gün­düz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3° şax­tadan 2°-dək isti, gündüz 14-19° isti olacaq. 

                Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağ­dam, həmçinin Daşkəsən-Gədəbəy rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağa­cağı ehtimalı var. Bəzi yerlərdə arabir duman ola­caq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. 

                Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ara­bir güclənəcək. Gecə 2° şaxtadan 3°-dək isti, yük­sək dağlıq ərazilərdə gecə 8°-dək şaxta, gündüz 5-10° isti, yüksək dağlıq ərazilərdə 2°-dək şaxta olacaq. 

                Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənə­cək. Gecə 2-7°, gündüz 13-17° isti olacaq. 

                Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qə­bələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman ola­caq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6°, gündüz 12-17° isti, dağlar­da gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 

                Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabira­bad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Sal­yan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-7°, gündüz 15-20° isti olacaq. 

                Masallı, Yardımlı, Lerik, Lənkəran, As­tara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şi­mal-şərq küləyi əsəcək. Gecə 3-7°, gündüz 13-17°, dağlarda gecə 1-3°, gündüz 7-11° isti olacaq. 

 

Ekologiya