ABŞ hesab edir ki, Ukrayna üçün Vaşinqton tərəfindən verilə biləcək təhlükəsizlik zəmanətləri Avropadan olan “Könüllülər koalisiyası”nın səylərindən daha əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri Tramp administrasiyasında adı açıqlanmayan məmurun qiymətləndirməsinə istinadla məlumat yayıb.
Qəzet Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli məsləhətləşmələrdən sonra mənbənin sözlərini sitat gətirərək yazır: “Könüllülər koalisiyası”nın səyləri müsbətdir. Onların bir neçə helikopteri, bir neçə əsgəri və müəyyən zəmanətləri var. Lakin ukraynalılarla danışsanız, əslində həlledici olanın Amerika təhlükəsizlik zəmanətləri olduğunu görərsiniz”.

