Avropa İttifaqı fövqəladə sammit çağırır

post-img

Avropa İttifaqı Şurasının prezidenti António Kosta ABŞ-ın Qrenlandiya ilə bağlı planlarından irəli gələn gərginliyə görə fövqəladə Aİ sammitinin çağırılacağını bildirib. Məlumatı “”Euronews” verib. 

Kosta bazar ertəsi gecəsi yayımlanan açıqlamada bildirib: “Son hadisələrin əhəmiyyətini nəzərə alaraq və daha da əlaqələndirmək üçün yaxın günlərdə Avropa Şurasının fövqəladə iclasını çağırmaq qərarına gəldim”.

O, Qrenlandiya ətrafındakı gərginliklə bağlı Aİ üzvü olan dövlətlərlə məsləhətləşmələrin aparıldığını, beynəlxalq hüquqa, ərazi bütövlüyünə və milli suverenliyə hörmət, Danimarka və Qrenlandiyaya dəstək və həmrəylik göstərilməli olduğunu, Arktikada, xüsusən də NATO daxilində sülh və təhlükəsizlikdə ortaq transatlantik maraqların qorunması kimi prinsiplərə güclü sadiqliyin vacibliyini bəyan edib. 

Kosta deyib ki, Aİ dövlətləri ABŞ tərəfindən tətbiq edilən tariflərin transatlantik münasibətlərə xələl gətirəcəyini və bunun Aİ-ABŞ ticarət müqaviləsi ilə uyğun gəlmədiyini söyləyiblər? “Onlar özlərini məcburiyyət səbəbindən müdafiə etməyə hazırdırlar”.

Eyni zamanda, verilən bəyanatda Aİ-nin “qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə ABŞ ilə konstruktiv əməkdaşlığı davam etdirməyə” hazır olduğu vurğulanır.

P.ƏMİRCANOV
XQ

Dünya