ABŞ Müdafiə Nazirliyi Minnesota ştatına təxminən 1500 hərbi qulluqçu göndərməyə hazırlaşır. Bu barədə The Washington Post qəzeti ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, əmr ABŞ Quru Qoşunlarının Alyaskada yerləşən 11-ci hava-desant diviziyasının iki piyada batalyonunun hərbçilərinə şamil edilib. Bu bölmə aşağı temperatur şəraitində əməliyyatlar üzrə ixtisaslaşıb. Hərbçilərə operativ hazırlıq vəziyyətində olmaq tapşırılıb, lakin kontingentin Minnesotaya göndərilməsi ilə bağlı yekun qərar hələlik qəbul edilməyib. Pentaqonda bu addımı ştatdakı etirazların dayandırılmayacağı təqdirdə atılan "ağıllı planlaşdırma" adlandırıblar.
Minnesotadakı etirazlar ICE (İmmiqrasiya və Gömrük Mühafizə Xidməti) agenti tərəfindən Minneapolis sakini, 37 yaşlı Rene Makklin Qudun öldürülməsindən sonra başlayıb. Agent qadını avtomobildə olarkən güllələyib. ABŞ Prezidenti Donald Tramp yerli hakimiyyət orqanlarının ictimai asayişi qorumağa "qadir olmadığı və ya istəmədiyi" təqdirdə Minnesotada "Üsyan haqqında Qanun"u tətbiq edəcəyi ilə hədələyib. Bu qanun etirazları yatırmaq üçün ştatlara ordu bölmələrinin yeridilməsinə icazə verir.
"Bloomberg"in mənbələrinin məlumatına görə, FTB (Federal Təhqiqat Bürosu) agentlərə mesaj göndərərək, "müvəqqəti tapşırıqları yerinə yetirmək" üçün Minneapolislə köçürüləcək könüllülərin tapılmasında kömək istəyib.
S.ELAY
XQ

