Ankara hesab edir ki, Suriyanın təhlükəsizliyi Türkiyə ilə ayrılmaz şəkildə bağlıdırş Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial media hesabında bildirib.
Məlumatı “Anadolu” verib.
Bu barədə Ankarada Türkiyə XİN başçısı, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və onların suriyalı həmkarları xarici işlər naziri Həsən əl-Şaybani, müdafiə naziri Murhaf Əbu Qəsr və Suriya kəşfiyyat təşkilatının rəhbəri Salamseyin iştirakı ilə təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusunda keçirilən toplantının yekunları üzrə bəyanat verilib.
Hakan Fidan əmin edib ki, Ankara təhlükəsizlik baxımından Suriyaya hərtərəfli dəstək verməyə davam edəcək: “Biz Suriyanın təhlükəsizliyinə Türkiyədən ayrı baxmırıq. Bu yolda suriyalı qardaşlarımıza hərtərəfli dəstək verməyə davam edəcəyik”.
Onun sözlərinə görə, görüş zamanı tərəflər Suriyada əldə olunan tərəqqinin qorunması üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər: “Biz suriyalı qardaşlarımızla Suriyanın əldə etdiyi nailiyyətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün sıx koordinasiya və əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik”.
Diplomat vurğulayıb ki, Ankarada aparılan danışıqlar Türkiyə-Suriya münasibətlərinin strateji aspektlərinin hərtərəfli öyrənilməsinə imkan verib.
P.Əmircanov
XQ