Tramp: Prezident Ərdoğan əla iş gördü

post-img

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Qəzzada atəşkəs prosesinə verdiyi əhəmiyyətli töhfəyə diqqət çəkərək deyib: “Prezident (Rəcəb Tayyib) Ərdoğan HƏMAS və bəzi digər qruplarla bağlı məsələni şəxsən öz üzərinə götürüb və əla iş görüb”.

Məlumatı “Anadolu” verib. 

ABŞ prezidenti Ağ Evdə Nazirlər Kabinetinin iclasında Qəzzada əldə edilən irəliləyişləri və atəşkəs razılaşmasının qüvvəyə minəcəyini qiymətləndirərəkən deyib ki, Qəzzada gözlənilən atəşkəs razılaşmasının qüvvəyə minməsi Yaxın Şərqdə sülh üçün tarixi hadisə olacaq, bu razılaşma bölgəyə sülh gətirəcək.

Başda Türkiyə, Qətər və Misir olmaqla bu prosesə mühüm töhfə verən ölkələrə xüsusi təşəkkür etdikdən sonra Tramp əlavə edib: “Bu inanılmaz nəticəyə nail olmaqda bizə kömək etdikləri və bizi dəstəklədikləri üçün Türkiyə, Qətər və Misir liderlərinə dərin təşəkkürümü bildirmək istəyirəm”.

“Prezident Ərdoğan HƏMAS və bəzi digər qruplarla şəxsən məşğul olub və əla iş görüb”, - o vurğulayıb.

P.Əmircanov
XQ

Dünya