Aİ Çexiyaya Rusiyadan neft idxal etməyi qadağan edib

post-img

Avropa İttifaqı Çexiyaya Rusiya neftinin ölkəyə tədarükü üçün verdiyi icazəni ləğv edib. Bu, Aİ Şurasının Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbulu ilə bağlı bəyanatında qeyd olunur.

Bundan əlavə, Avropa Birliyi Rusiyadan və ya üçüncü ölkələrdən neftdən hazırlanan neft məhsullarının idxalına qadağa qoyub. İstisna Kanada, Norveç, İsveçrə, Böyük Britaniya və ABŞ-dan xammala aiddir.

Son illərdə Çexiya Rusiya neftini Drujba kəməri ilə idxal edib. Neftin qalan hissəsi isə TAL kəməri ilə ölkəyə daxil olub. Aprel ayında Çexiyanın baş naziri Petr Fiala və maliyyə naziri Zbinek Stanjura respublikanın tarixində ilk dəfə olaraq Rusiyanın neft tədarükündən tamamilə müstəqil olduğunu elan ediblər.

Aİ-nin yeni sanksiyalar paketi, həmçinin “Şimal axını” və “Şimal axını 2” ilə əməliyyatlara qadağa qoyur və Rusiya neftinin qiymətinin bir barel üçün tavanını 60 dollardan 47,6 dollara endirir. Məhdudiyyətlərin siyahısı genişləndirilərək 14 fiziki və 41 hüquqi şəxsə şamil edilib.

S.ELAY

XQ

Dünya