G7 İranı MAQATE ilə əməkdaşlığı bərpa etməyə çağırıb

post-img

Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Tehranı İranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı bərpa etməyə çağırıblar. Məlumatı “Anadolu” verib. 

“Biz İranın nüvə proqramı üzrə hərtərəfli, yoxlanıla bilən və davamlı razılaşmaya gətirib çıxaracaq danışıqların bərpasına çağırırıq”, - XİN başçıları birgə bəyanatda bildiriblər.

Nazirlər “bütün tərəfləri regionda sabitliyi daha da poza biləcək hərəkətlərdən çəkinməyə” çağırıblar.

İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi olmağa davam etməli olduğu vurğulanıb.

Bəyanatda həmçinin deyilir: “Biz Yaxın Şərqdə sülh və sabitliyə sadiqliyimizi bir daha təsdiqləyirik”.

P.ƏMİRCANOV
XQ

Dünya