Qırğızıstan prezidenti Rusiyada səfərdədir

post-img

Qırğızıstan prezidenti Sadır Japarov Rusiya paytaxtına gəlib və burada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Sadır Japarov bu gün, iyulun 2-də Moskvaya işgüzar səfərə gəlib, - məlumatda deyilir. -­ Qırğızıstan prezidentinin təyyarəsi Vnukovo-2 beynəlxalq hava limanına enib”, -  mətbuat xidməti qeyd edib. 

Japarovu Vnukovoda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, eləcə də digər rəsmi şəxslər qarşılayıblar.

Mətbuat xidməti xatırladıb ki, səfər zamanı Qırğızıstan prezidentinin Rusiya lideri Vladimir Putinlə görüşü planlaşdırılıb, onlar ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar. Xüsusilə, ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələri müzakirə ediləcək. 

P.ƏMİRCANOV
XQ

Dünya