Senator Qrem Rusiyaya qarşı ən sərt sanksiyaların tətbiqi üçün son tarixi açıqlayıb

post-img

Prezident Donald Trampın yaxın müttəfiqi, respublikaçı senator Lindsey Qraham bildirib ki, iyunun ortalarında keçiriləcək “Böyük Yeddilər” sammitindən əvvəl Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə nail olmaq niyyətindədir.

Bloomberg-in məlumatına görə, Qrem və demokrat senator Riçard Blumental birgə bəyanatda bildiriblər ki, Avropa və ABŞ Çin və Hindistanı ucuz rus nefti almaqdan çəkindirmək üçün addımlar atmalıdırlar.

Senatorlar bildiriblər ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını maliyyələşdirməyi dayandırmaq məqsədi daşıyan Rusiya sanksiyaları qanun layihəsinin hazırda 82 həmsponsoru var.

Eyni zamanda, Trampın Moskvaya qarşı daha sərt tədbirlər görməyə hazır olub-olmadığı hələlik bəlli deyil. Amma son günlər Tramp getdikcə daha çox prezident Vladimir Putindən narazılığını ifadə edir. Bununla yanaşı, agentlik qeyd edir ki, Qrehemin Rusiya neft məhsulları və uranını alan ölkələrdən idxala 500 faizlik tariflərin tətbiqini nəzərdə tutan qanun layihəsinin neft bazarlarında xaosa səbəb olacağı ehtimal edilir.

S.ELAY

XQ

Dünya