Polşa seçkilərində Navroçki qalib gəlib

post-img

Polşanın "Qanun və Ədalət" adlı müxalifət partiyasından prezidentliyə namizəd Karol Navroçki qalib gəlib. Məlumatı TVP Info telekanalı yayıb.

Məlumata görə, cənab Navroçki 50,9 faiz, hakim Vətəndaş Koalisiyasının namizədi Varşava meri Rafal Trzaskovski isə 49,1 faiz səs toplayıb. Bülletenlərin 99,93%-i emal edildikdən sonra vəziyyət dəyişməyib.

Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçirilib. Seçicilərin 72,8 faizi iştirak edib. Dövlət Seçki Komissiyası rəsmi nəticələri iyunun 2-də elan edəcək.

Mayın 19-da keçirilən prezident seçkilərinin birinci turunda Rafal Trzaskovski 31,36%, Karol Navrocki isə 29,54% səs toplamışdı.

Qeyd edək ki, Karol Navrocki ənənəvi dəyərləri, Aİ-nin təsirini məhdudlaşdıran və Ukraynanın NATO-ya daxil olması ilə bağlı ehtiyatlı siyasəti müdafiə edir.

S.ELAY

XQ

Dünya