Amerikalılar ukraynalılardan razıdırlar

post-img

Vaşinqton hesab edir ki, Kiyev münaqişənin həllinə hazır olduğunu Səudiyyə Ərəbistanında aparılan danışıqlar zamanı nümayiş etdirib. Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

“Ukrayna nümayəndə heyəti bu gün açıq şəkildə bildirdi ki, o, prezident Trampın sülhə dair baxışını bölüşür. Onlar hərbi əməliyyatların sona çatmasına hazırdırlar”, - deyə o, jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tramp açıq şəkildə atəşkəsin vacibliyini bildirib və Ukrayna bu təklifi dəstəkləyib. İndi Valsın qeyd etdiyi kimi, Amerika tərəfi təşəbbüsü Rusiyaya ötürəcək və onun cavabını gözləyəcək.

S.ELAY

XQ

Dünya