Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada ukraynalı həmkarı Rustem Umerov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi binasının önündə hörmətli qonağın şərəfinə qarovul dəstəsi düzülüb.
Müdafiə nazirlərinin toplantısında Türkiyə Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu iştirak edib.
Ukraynanın müdafiə naziri fevralın 17-də axşam Prezident Volodimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Ankaraya gəlib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara