İtaliyanın sabiq Baş naziri: Tezliklə Avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq

post-img

Tezliklə biz Ukrayna və Avropada təhlükəsizliyi təmin etmək üçün böyük ölçüdə tək qalacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın sabiq Baş naziri, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi Avropa Parlamentindəki çıxışında deyib.

“Avropa İttifaqının proseslərə reaksiyası sürətli və genişmiqyaslı olmalıdır. Avropa vahid bir dövlət kimi çıxış etməlidir. Çünki zaman bizim tərəfimizdə deyil, Avropa iqtisadiyyatı durğunlaşır, dünyanın böyük hissəsi isə böyüyür”, - deyə Mario Draqi bildirib.

O qeyd edib ki, Aİ ölkələri daxili maneələri aradan qaldırmalı, milli tənzimləmələri standartlaşdırmalı, uyğunlaşdırmalı və sadələşdirməli və daha çox kapitala əsaslanan bazara təkan verməlidirlər: “Çətinliklər öz miqyasına uyğun olmalıdır. Gələcək artımı təmin edəcək sektorlara diqqət yönəldilməlidir. Qarşıdakı dövrdə sürət, miqyas və intensivlik daha vacib olacaq”.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri 

Roma

Dünya