Gürcüstanın baş naziri İrakli Kobaxidze hesab edir ki, ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması mümkündür. O, bu barədə “Euronews” telekanalına müsahibəsində bildirib.
Siyasətçi Aİ-ni Tbilisinin icmaya daxil olması ilə bağlı danışıqlar prosesində “daha çevik” olmağa çağırıb.
Kobaxidze qeyd edib ki, “top indi Brüssel meydanındadır”.
Baş nazirin sözlərinə görə, Gürcüstanın Avropa bürokratiyası ilə kifayət qədər ciddi problemləri var, baxmayaraq ki, o, ölkənin 2030-cu ildə Avropa İttifaqına üzv olacağında kifayət qədər nikbindir.
“Biz bu məqsədə doğru inamla irəliləyəcəyik və ümid edirik ki, növbəti illərdə Gürcüstana münasibət daha ədalətli olacaq”, - deyə hökumət başçısı bildirib.
P.ƏMİRCANOV
XQ