Bu il Özbəkistanda mühüm beynəlxalq görüşlər keçiriləcək

post-img

2025-ci ildə Özbəkistanda bir sıra mühüm beynəlxalq görüşlərin və tədbirlərin keçirilməsi planlaşdırılır. Məlumçatı “Anadolu” verib. 

Bu il “Mərkəzi Asiya – Fars körfəzi ölkələri” strateji dialoqunun 2-ci sammitinin Səmərqənddə keçirilməsi planlaşdırılır. 2025-ci ilin birinci yarısında Səmərqənddə III Mərkəzi Asiya-Avropa İttifaqı sammitinin keçirilməsi də planlaşdırılır.

Mərkəzi Asiya-Aİ Dialoqu Aİ ilə Mərkəzi Asiya ölkələri arasında daha sıx əlaqələr qurmaq məqsədi ilə ən yüksək səviyyəli dialoq platformasıdır.

Mərkəzi Asiya-Avropa İttifaqının 3-cü sammitinin ötən ilin yazında Səmərqənddə keçirilməsi nəzərdə tutulsa da, bir sıra səbəblərdən təxirə salınıb.

“Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” formatında keçiriləcək sammitdə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan), eləcə də Fars körfəzi ölkələrinin (Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman və Küveyt) liderləri iştirak edəcəklər.

Mərkəzi Asiya dövlətləri ilə Fars körfəzinin ərəb ölkələri arasında keçiriləcək görüşdə siyasi, müdafiə, ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika, ətraf mühitin mühafizəsi, yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin Əfqanıstan problemi, Yaxın Şərqdəki vəziyyət, İsrailin Qəzza zolağına təcavüzü və digər aktual mövzuların müzakirəsi planlaşdırılır.

P.ƏMİRCANOV
XQ

Dünya