“Rəqəmsal BSU” layihəsi genişləndirilir

post-img

Bakı Slavyan Universitetinin (BSU) Kitabxana Resurs İnformasiya Kompleksində universitetin rəqəmsallaşma və beynəlmiləlləşmə strategiyaları üzrə fəaliyyətlərə dair müzakirə keçirilib. 

BSU-nun mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, “Rəqəmsal BSU” layihəsi çərçivəsində müəllim və tələbə modullarının pilot tətbiqinin uğurlu nəticələri nəzərə alınaraq, onların digər fakültələrdə də tətbiqi qərara alınıb. 

Görüşdə BSU-nun beynəlxalq layihələrdə iştirakı, qlobal reytinqlərdə mövqeyi və beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri də təhlil edilib.

Rizvan FİKRƏTOĞLU
XQ



Təhsil