İraqda daha bir terrorçu zərərsizləşdirilib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk bölgəsində keçirdiyi əməliyyat zamanı PKK/KSK terror təşkilatının liderlərindən olan Murat Keleşi zərərsizləşdirib. Məlumatı “Anadolu” verib. 

Təhlükəsizlik mənbələrinin məlumatına görə, Türkiyə xüsusi xidmət orqanları 2016-cı ildə Şırnak vilayətinin Silopi rayonunda Türkiyə təhlükəsizlik qüvvələrinə məxsus zirehli personal daşıyıcısına hücumu təşkil edənlərdən biri olan “Berhudan Harun” kod adlı yaraqlının hərəkətlərini izləyirmiş.

Keleş Türkiyədə “terrorla əlaqəli cinayətlərə” görə axtarışa verilib. Yaraqlı İraqın Hakurk bölgəsində terror fəaliyyətləri həyata keçirib. 

Türkiyə xüsusi xidmət orqanları öz kəşfiyyat şəbəkələrindən istifadə edərək, meqapolislərdə terror aktları törətmək məqsədi ilə qərb əyalətlərinə partlayıcı maddələrin daşınmasını təşkil edən Keleşin yerini müəyyənləşdirib.

Uzun müddətdir təhlükəsizlik güclərindən gizlənən terrorçu MİT-in təşkil etdiyi məqsədyönlü əməliyyatda zərərsizləşdirilib.

P.ƏMİRCANOV
XQ

Dünya