Tramp USAİD-in rəhbərlərini “radikal dəlilər” adlandırıb

post-img

Prezident Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) rəhbərliyinin “radikal dəlilərdən” ibarət olduğunu bildirib. O, bunu bazar günü Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında deyib. Məlumatı TASS verib. 

“USAİD-i radikal dəlilər idarə edir, biz onları yığışdırırıq, sonra qərar verəcəyik”, - deyə o, agentlikdə auditin aparılması ilə bağlı məlumatı şərh edərkən qeyd edib.

Bazar günü səhər ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən Elon Musk USAID-i COVID-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib . X-dəkı yazısında o, USAID-in “ölmək vaxtı çatmış” cinayətkar təşkilat olduğuna inandığını söyləyib.

“Associated Press” agentliyi mənbələrə istinadən xəbər verir ki, USAİD-in təhlükəsizlik xidmətinin iki rəhbəri DOGE ilə münaqişə səbəbindən inzibati məzuniyyətə göndərilib – onlar Maskın agentliyin məxfi məlumatlarına giriş verməkdən imtina ediblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya