Rusiya prezidenti Vladimir Putin Belarusda prezident seçkilərində qalib gələn Aleksandr Lukaşenko ilə telefonla danışıb. Rusiya lideri belaruslu həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Məlumatı “Kommersant” verib.
Tərəflər ikitərəfli əməkdaşlığın cari məsələlərini, beynəlxalq mövzuları və qarşıdakı təmasların cədvəlini müzakirə ediblər.
Bu gün səhər, yanvarın 27-də Vladimir Putin dövlət rəhbərləri arasında birincilərdən biri olaraq Aleksandr Lukaşenkonu qələbəsi münasibətilə teleqramda təbrik edərək , Belarus prezidentinin “yüksək siyasi nüfuzuna” və “əhalinin dövlətə şübhəsiz dəstəyinə” şəhadət verib.
1994-cü ildən Belarus prezidenti vəzifəsini icra edən Aleksandr Lukaşenko 86,82 faiz səslə yenidən yeddinci müddətə seçilib. Seçkilərdə seçicilərin 85,7 faizi iştirak edib. Onu qələbə münasibətilə Çin Prezidenti Si Cinpin, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım Jomard Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Venesuela Prezidenti Nikolas Maduro və digərləri təbrik ediblər. Aİ ölkələri seçkinin nəticələrini tanımayıb.
P.ƏMİRCANOV
XQ