Misir fələstinlilərin Qəzza zolağından zorla köçürülməsi ideyasını rədd edərək, beynəlxalq ictimaiyyəti münaqişənin “iki xalq üçün iki dövlət” konsepsiyasına əsaslanan faktiki həllini həyata keçirməyə çağırıb. Məlumatı “Anadolu” verib.
“Misir Fələstin xalqının öz torpaqlarında qalmaq əzmini, qanuni hüquqlarını və beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq prinsiplərinə sadiqliyini dəstəkləməyə davam edir”, - Misir Xarici İşlər Nazirliyi bildirib.
Qahirə fələstinlilərin öz torpaqlarından qovulmasını, torpaqlarını tərk etməyə məcbur edilməsini və ya müvəqqəti və ya daimi olaraq heç bir şəkildə öz torpaqlarını tərk etməyə təşviq edilməsini qəbul etmir, diplomatik xidmət bunun regional sabitliyi və sülhün mümkünlüyünü təhlükə altına saldığını bildirib.
Bəyanat beynəlxalq ictimaiyyəti paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq iki dövlətli həll yolunu həyata keçirməyə çağırır.
P.ƏMİRCANOV
XQ