Çinin Milli Statistika İdarəsi bildirib ki, ölkə iqtisadiyyatı 2024-cü ildə 5% böyüyərək hökumətin illik artım hədəfinə çatıb. Məlumatı “Anadolu” verib.
Ümumi daxili məhsul (ÜDM) yanvar-dekabr dövründə əvvəlki illə müqayisədə 5% artıb. Çin iqtisadiyyatı əvvəllər 2020-ci ildə 2,2, 2021-ci ildə, 2022-ci ildə 3 və 2023-cü ildə 5,2 % artıb.
Zəif daxili tələbata, deflyasiya meyllərinə, yerli hakimiyyət orqanlarının borc problemlərinə və daşınmaz əmlak sektorunda azalmaya baxmayaraq, ölkə qarşıya qoyulan hədəflərə nail ola bilib.
2024-cü ilin dördüncü rübündə iqtisadiyyat 5,4% artıb. Birinci rübdə bu göstərici 5,3 faiz, ikincidə 4,7 faiz, üçüncü rübdə isə 4,6 faiz təşkil edib.
Əsas artım amillərinə sənaye istehsalının 5,8%, pərakəndə satışın 3,5% və kapital qoyuluşunun 3,2% artması daxildir.
İşsizlik səviyyəsi əvvəlki ilə nisbətən 5,1%-ə düşüb.
P.ƏMİRCANOV
XQ