Bayden 1500 vətəndaşın cəzasını yüngülləşdirib

post-img

ABŞ Prezidenti Co Bayden 1500 vətəndaşın cəzasını yüngülləşdirib və 39 məhbusu əfv edib ki, bu da dövlət başçıları arasında bir gün üçün ən böyük rəqəmdir.

Məlumatı “İzvestiya.ru” verib. 

Bunu dekabrın 12-də Ağ Evin saytında dərc edilən nəşr də təsdiqləyib. “Elanda ev dustaqlığında olan 1500-ə yaxın şəxsin cəzası yüngülləşdiriləcək, zorakılığa əsaslanmayan cinayətlərdə təqsirli bilinən 39 nəfər əfv ediləcək”, - nəşr yazır.

ABŞ prezidenti həbsdən müsbət təsirə məruz qalan vətəndaşları əfv edib. Cəmiyyəti daha təhlükəsiz etmək arzusunu ifadə edən insanları azad edib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya