Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri noyabrın 27-nə planlaşdırılır. Bu barədə noyabrın 7-də respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleu məlumat verib.
Xəbəri “İzvestiya.ru” yayıb.
“Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə nazir qeyd edib.
Bu gün Qazaxıstan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla danışıq aparıb.
P.ƏMİRCANOV
XQ