Şəhid övladları üçün “açıq qapı” günü

post-img

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirib.

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbriklərini çatdıran FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ramal Baxşızadə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açıb, əsgər və zabitlərimizin qəhrəmanlıqlarını qeyd edib.

Şəhid atası Fəttah Xosrofov ölkə rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısından danışıb, gənclərin Böyük Zəfərin əldə olunmasındakı rolundan bəhs edib. O, Vətən müharibəsi şəhidlərinin övladları üçün bu kimi tədbirlərin təşkilinə görə təşəkkürünü bildirib.

XQ

Sosial həyat