Finlandiyada dünyanın ilk uça bilən saunası yaradılıb. Bu nadir və qeyri-adi ixtiranın yaradıcıları uşaqlıqdan saunaya xüsusi sevgiləri olan 57 yaşlı əkizlər – Ari və Yari Lehtinen qardaşlarıdır.
170 kiloqram çəkisi olan innovativ sauna hava şarı vasitəsilə 2 min 300 metr yüksəkliyə qalxa bilib. Uçuş, təxminən, bir saat davam edib və göyərtədə iki heyət üzvü olub. Qardaşlar gələcəkdə uçan saunanı turistlər üçün nəzərdə tutulmuş attraksion kimi istifadə edəcəklərini planlaşdırırlar.
Xatırladaq ki, bu, Lehtinen əkizlərinin ilk ixtirası deyil. Onlar daha əvvəl sualtı sauna, kətan saunası və öküz dərisi ilə örtülmüş mobil sauna da yaradıblar.
Statistikaya görə, 5,6 milyon əhalisi olan Finlandiyada 3 milyondan çox sauna var. Təxminən, hər iki sakindən birinə bir sauna düşür.
S.FİDAN
XQ