10 il əvvələdək bu hidroqurğu birinci yerdə idi
Tacikistan paytaxtından 70 kilometr aralıda – Nurek şəhərinin yaxınlığındakı Polisənki dərəsində, Vaxş çayı üzərində Su Elektrik Stansiyasının inşası məqsədi ilə tikilmiş bu bənd, təxminən, 50 il dünyanın ən hündür anoloji qurğusu olmuşdur. Vaxş Amudəryaya axan çaylardandır. Mənbəyini Pamirin Zaalay silsiləsindən götürən bu çayın həmin ərazilərdəki adı Kızıl sudur. Bu ifadə qırğız dilində qırmızı su deməkdir. Çay Tacikistan ərazisinə keçəndən sonra isə Surxob adlanır. Amma yenə də qırmızı su – taciklər ab sözünü ob kimi işlədirlər.
Xatırladaq ki, inşaasında bilavasitə yerli materiallardan istifadə edilmiş bəndin hündürlüyü 300 metrdir. Bu, Nurek SES-in dünyanın ən hündür ikinci bəndi edirdi. 2013-cü ilə qədər dünyanın ən hündür bəndi olan Nurek SES-in rekordunu Çin Xalq Respublikasının Tsinpin-I SES-i əlindən almışdır. Nurek SES-in binasının uzunluğu isə 200 metrdir.
Tacik dostlardan götürdüyüm bukletdə qeyd edilir ki, Nurek Su Elektrik Stansiyasının tikintisinə 1961-ci ildə başlanılmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında 9-cu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır.
4 il il əvvəl stansiyanın modernləşdirilməsi layihəsinə start verilmiş, bu il avqustun 30-da isə Tacikistan Prezidenti Emoməli Rəhmon Nurek SES-in dördüncü hidroaqreqatının müasirləşdirmədən sonrakı açılışında iştirak etmiş və qurğunu işə salmışdır. Bildirilir ki, 2028-ci ilədək burada başqa yenidənqurma işləri də aparılacaq.
İ.QAÇAYEV