Qırğız qonaqlar Ədəbiyyat Muzeyində

post-img

Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmatalıyev və institutun bir qrup əməkdaşı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olublar.

Muzeydən bildirilib ki, elmi işçi Aygün Abbasquliyeva ekspozisiya ilə tanış olan qonaqlara qırğız ədəbiyyatının nümunəsi “Manas” dastanının “Kitabi-Dədə Qorqud” ilə bənzərliyindən, həmçinin ortaq türk ədəbiyyatının nümunələrindən – Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”, Yusif Balasaqunlunun “Qudatqu-bilik” və Orxon-Yenisey kitabələrindən bəhs edib.

Qırğızıstanlı alimlər çoxəsrlik Azərbaycan ədəbiyyatının təqdim və təbliğindən məmnun qaldıqlarını bildiriblər. Onlar “Rəy kitabı”na doğma dildə ürək sözlərini yazıblar.

Sonda qonaqlara muzeyin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu “Söz məbədi” bukleti (rus dilində) hədiyyə olunub.

XQ

Son xəbərlər