“Dəniz qoyunu”

post-img

Uzaqdan baxanda, sanki, yarpağa bənzəyən, yaxından baxdıqda isə qoyunu xatırladan bu canlı “sacoglossan” adlanan dəniz ilbizinin bir növüdür.

“Qarınayaqlı molyusklar” ailəsinə məxsus bu heyvan 1993-cü ildə Yaponiyanın Kuroshima adasının sahillərində, Filippin və İndoneziya adaları yaxınlığındakı sularda tapılıb. Dəniz qoyunları kəşf edildiyi gündən okean tədqiqatçılarının və dalğıcların da diqqətini çəkmişdir. Tropik iqlimlərdə yaşayan və “Yarpaq qoyunu” adlandırılan bu ilbizin ölçüsü 5-10 mm arasında dəyişir. Təxminən, 93 min növü məlumdur. Qara, muncuq kimi gözləri, qoyun qulaqlarına bənzəyən buynuzları və bədəninin yuxarı səthində olan aloe vera bitkisinə bənzəyən çəhrayı, bənövşəyi və ya ağ rəngli yarpaqları onu digər dəniz canlılarından fərqləndirən xüsusiyyətlərindəndir. Əsas cəhəti isə bədənlərində yerləşən xloporast hüceyrələri vasitəsilə bitkilərdə olduğu kimi, fotosintez prosesini icra edə bilməsidir. Bu da onların rahat qidalanması üçün əsas amil hesab olunur.

FİDAN
XQ

Dünya