Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər

post-img

Azərbaycan nəqliyyat qovşağına çevrilə bilər. Son siyasi proseslər Orta Dəhlizin önəmini artırıb.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Hayko Şvars “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman şirkətləri üçün tərəfdaşlıqlar və imkanlar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının biznes forumunda çıxışı zamanı bildirib.

Diplomat qeyd edib ki, Azərbaycanın enerji istehsalçısı kimi tanınmasına baxmayaraq, nəqliyyat habına çevrilməsində böyük potensial görünür.

“Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Bu da yeni biznes imkanlarının yaranması deməkdir. Bunun nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər”, - deyə Hayko Şvars bildirib.

İqtisadiyyat