Milli Kitabxanada “Ərtоğrul Cavid - 105” və “Professor Alxan Bayramoğlu - 70” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgidə Ərtoğrul Cavidin musiqi notlarını, həyatını və bədii yaradıcılığını əks etdirən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar və dövri mətbuatda çap olunan məqalələr, ədəbiyyatşünas-alim Alxan Bayramoğlunun isə müəllifi olduğu əsərləri, tərcümələri, redaktor, ön söz və rəyçi olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş etdirilir.
Sərgi bir həftə davam edəcək.