Almaniyada istehlak qiymətləri 2 faiz artıb

post-img

Almaniyada Aİ standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri əvvəlki ayda 2,6 faiz artdıqdan sonra 2024-cü ilin avqustunda illik ifadədə 2 faiz də artıb. Bunu ölkənin Federal Statistika İdarəsinin (Destatis) yekun məlumatları sübut edir. Məlumatı “İnterfaks.ru” yayıb. 

Əvvəlki ayla müqayisədə istehlak qiymətləri 0,2 faiz azalıb. İyulda aylıq ifadədə 0,5 faiz artım olub. Analitiklər orta hesabla illik ifadədə 2 faiz artım və aylıq 0,2 faiz azalma proqnozlaşdırırdılar.

Almaniya standartlarına görə, hesablanan istehlak qiymətləri avqust ayında illik ifadədə 1,9 faiz artıb. İyul ayı ilə müqayisədə onlar 0,1 faiz azalıb.

Ekspertlər illik ifadədə 1,9 faiz artım və aylıq 0,1 faiz azalma gözləyirdilər.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya