TEXNOFEST yeni rekorda imza atıb

post-img

Türkiyənin Antalya şəhərində ölkənin ilk Aviasiya, Kosmos və Texnologiya Festivalı - TEXNOFEST-in Aralıq dənizi Texnologiyaları Yarışmalarının final mərhələsi başlayıb. Builki yarışlara 1 milyon 650 min iştirakçı müraciət edib ki, bu da TEXNOFEST-də rekord göstəricidir.

Antalyanın ANFAŞ Beynəlxalq Sərgi və Konqres Mərkəzinin ev sahibliyi ilə baş tutan tədbirdə 25 sahə üzrə texnologiya yarışları təşkil olunub. Dörd gün davam edəcək müsabiqə 49 əsas və 127 alt kateqoriya üzrə keçirilir.

Süni intellekt və kommunikasiyadan, bio və kənd təsərrüfatı texnikalarına qədər müxtəlif sahələr üzrə aparılan yarışların final mərhələsində 1270 komanda ilə 6 min 514 iştirakçı mübarizə aparır. İştirakçılar, eyni zamanda, Türkiyənin ən böyük texnologiya şirkətlərinin təşkil etdiyi təlim və seminarlarda iştirak edəcək, müxtəlif texnologiya sahələri üzrə mütəxəssislərlə görüşəcəklər.

Dünya