Pul, velosiped və qoyun oğurlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 1-nə keçən gecə Xırdalan şəhəri ərazisindəki evlərin birindən 630 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Bəkirov müəyyən olunaraq saxlanılıb.

Yasamal RPİ 27-ci Polis Şöbəsinin əməkdaşları isə rayon ərazisində bir nəfərin 650 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Abbasovu saxlanıyıblar.

Şəkidə isə yardımçı təsərrüfatdan 3 baş qoyun oğurlanıb. Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən E.Ramazanlı və F.Abdullayev saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır. 

XQ

Hadisə