Son sutka ərzində Pakistanın Bəlucistan, Pəncab, Sind, Azad Kəşmir və Xayber-Paxtunxva əyalətlərində yağan leysan yağışları və daşqınlar nəticəsində azı 20 adam həyatını itirib, 47 nəfər yaralanıb.
Pakistan mətbuatının verdiyi məlumata görə bu il iyulun 1-dən ölkədə yağış və daşqınlar, həmçinin torpaq sürüşmələri nəticəsində 145-i uşaq olmaqla 285 adam həlak olub, 529 adam müxtəlif dərəcədə bədən xəsarəti alıb. Onların da 195-i uşaqdır.
Son bir ay ərzində təbii fəlakət nəticəsində ölkədə 1920 ev tam dağılıb, 19 516 ev isə zədələnib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad