Quterreş Olimpiya Oyunları zamanı silahları yerə qoymağa çağırıb

post-img

BMT-nin Baş katibi Antonio Quterreş dünyadakı bütün silahlı münaqişələrin iştirakçılarını Olimpiya barışığı ruhunda silahlarını yerə qoymağa çağırıb. Məlumatı “Anadolu” verib. 

BMT-nin mətbuat xidməti xəbər verir ki, bu barədə videomüraciətdə Antonio Quterreşin Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılışına təsadüf etdiyi barədə məlumat verilib. Quterreşin sözlərinə görə, bu günlərdə və həftələrdə körpüləri qurmaq, həmrəyliyi gücləndirmək və son məqsədə - hamı üçün sülhə nail olmaq üçün səy göstərmək lazımdır. Müraciətdə bildirilir: “Dünya idmanın gücünü qeyd etmək, ümid gətirmək, mədəniyyətləri və insanları birləşdirmək, qarşılıqlı hörmət və ədalətli oyunu təşviq etmək üçün Parisə toplaşıb. Bütün bunlar həm də Birləşmiş Millətlər Təşkilatının ideallarıdır”.

Quterreş olimpiyaçılara və paralimpiyaçılara uğurlar arzulayıb: “Siz bizi böyük xəyallar qurmağa ruhlandırırsınız. Qoy Olimpiya məşəli sülh və harmoniyaya gedən yolu işıqlandırsın”.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya