İraqın şimalında 9 PKK terrorçusu zərərsizləşdirilib

post-img

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə iyulun 12-də Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, yaraqlılar Hakurk, Qar və Pəncə-Kilitdəki antiterror əməliyyatları bölgəsində zərərsizləşdirilib. Türkiyə Müdafiə Nazirliyi terrorçulara qarşı mübarizəni davam etdirmək əzmində olduğunu bir daha bəyan edib.

Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh mənbəyi” (2019) əməliyyatlarından gedir.

PKK bu illər ərzində Türkiyəyə qarşı qanlı terror fəaliyyəti ilə qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına əlavə edib.

P.ƏMİRCANOV
XQ

Dünya