İraq Kürd Muxtariyyəti: PKK bölgəni tərk etməlidir

post-img

İraq Regional Kürd Muxtariyyətinin daxili işlər naziri Rəhbər Əhməd bölgədəki bütün problemlərin mənbəyinin PKK terror təşkilatı olduğunu deyib: “PKK terror təşkilatı Kürdüstan ərazisini tərk etməlidir”. Xəbəri “Anadolu” verib. 

Əhməd mətbuata açıqlamasında PKK terror təşkilatının bölgədə varlığının qeyri-qanuni olduğunu qeyd edib: “İraq hökuməti PKK-nın qadağan olunmuş təşkilat olduğuna qərar verib. RKK bu bölgəni tərk etməlidir ki, yerli əhali və kəndlilər problemlə üzləşməsin, əziyyət çəkməsin”.

O, bütün problemlərin mənbəyinin PKK terror təşkilatı olduğunu vurğulayıb: “PKK terror təşkilatı) Kürdüstan ərazisini tərk etməlidir”.

İraq Daxili İşlər Nazirliyinin sözçüsü Miqdad Miri əl-Musəvi iyulun 1-də bildirib ki, Kərkük, Ərbil və Duhokda baş verən son yanğınların səbəbkarları da bu terror təşkilatının üzvləridir. Onun sözlərinə görə, saxlanılan şəxslər ifadələrində başqa rayonlarda da yanğın törətməyi planlaşdırdıqlarını etiraf ediblər.

 

P.ƏMİRCANOV

XQ

Dünya