Dövlətimizin başçısı cənab İlham Əliyev hər dəfə nüfuzlu beynəlxalq qurumlardakı çıxışları ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Prezident həmin tədbirlərdə Azərbaycanın bütün sahələr üzrə inkişafından, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma, tikinti-bərpa işlərindən, ölkəmizin sülh tərəfdarı olmasından və Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açır.
Bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT+” formatında keçirilmiş görüşdə Prezident İlham Əliyevin iştirakı və çıxışı ilə yenə də dünyaya ciddi mesajlar verdi, bir sıra mühüm əhəmiyyətli məqamları diqqətə çatdırdı. Qeyd edək ki, ikinci dəfədir ki ölkəmiz ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu, Azərbaycan ilə quruma üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.
Azərbaycanla Qazaxıstan arasında müasibətlər yüksələn xətt üzrə inkişaf edir. Son 2 ildə Prezident İlham Əliyev Qazaxıstana 4 dəfə, həmin müddətdə Qazaxıstan Prezidenti isə Azərbaycana 3 dəfə səfər edib. Belə ki, qarşlıqlı səfərlərin mütəmadi xarakter alması hər iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. İkitərəfli əlaqələrin əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar təşkil edir. 30 ildən çoxdur ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr uğurla davam edir. Bu əməkdaşıq son illər bütün sahələri əhatə edir və bu gün də uğurla davam etdirilir.
Dövlətimizin başçısı qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bundan əlavə, perspektiv əməkdaşlıq əlaqələrini də unutmaq olmaz. Dövlət başçısı İlham Əliyev öz çıxışında bu məqamları da diqqətə çatdraraq bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Həmçinin perspektiv əməkdaşlıq əlaqələri də göz önündədir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Ölkə rəhbəri vurğuladı ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
Onu da qeyd edək ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Həmçinin ölkəmizin prioritetləri sırasında iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.
Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu sənədi iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirib. Eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, bundan əlavə Qəzza, Kipr, Kəşmir, islamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin hər üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini