Bu gün NATO-nun 75 illik yubileyi ilə bağlı sammit işə başlayır

post-img

İyulun 9-11-də Vaşinqtonda NATO-nun Ukraynaya həsr olunmuş sammiti keçiriləcək. Eyni zamanda, alyans 32 üzv dövlətlə birgə yaranmasının 75-ci ildönümünü qeyd edəcək. Məlumatı “Anadolu” verib. 

NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək sammitdə Türkiyəni Prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. NATO üzvləri sammitdə dövlət və hökumət başçıları səviyyəsində iştirak edəcəklər.

Gündəmin əsas bəndi kollektiv müdafiə və alyansın çəkindirici gücü, o cümlədən xüsusilə Çinə qarşı tərəfdaşlıqların gücləndirilməsinə diqqət yetirməklə Rusiya-Ukrayna müharibəsi olacaq.

Bununla bağlı sammitdə alyans üzvlərindən əlavə, Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edəcəklər.

 

P.ƏMİRCANOV

XQ

Dünya