ABŞ Dövlət Departamenti Modinin Moskvaya səfərindən narahatdır

post-img

Dövlət Departamentinin mətbuat katibi Metyu Miller iyulun 8-də keçirilən brifinqdə bildirib ki, Hindistan ABŞ-ın tam və səmimi dialoq apardığı, o cümlədən, Rusiya ilə münasibətləri ilə bağlı narahatlıqlarını bölüşdüyü strateji tərəfdaşdır. Məlumatı “İzvestiya.ru” verib. 

“Biz Hindistana Rusiya ilə münasibətləri ilə bağlı narahatlığımızı çox açıq şəkildə bildirdik. Ümid etmək istərdik ki, Hindistan və hər hansı digər ölkə Rusiya ilə təmasda olanda Rusiya Federasiyasının BMT Nizamnaməsinə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli olduğunu açıq şəkildə bildirsin”, - deyə o, Hindistan baş nazirinin Moskvaya səfəri ilə bağlı sualı cavablandırıb. 

Miller vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiya ilə əlaqə saxlayan hər hansı digər ölkə kimi Hindistanı da Ukraynadakı münaqişənin istənilən həllinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğun gəlməsini açıq şəkildə bildirməyə çağırmaq istəyir.

 

P.ƏMİRCANOV

XQ

Dünya