Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen 14-cü sanksiyalar paketinin Rusiyanın texnologiyaya çıxışını məhdudlaşdırmaq məqsədi daşıyacağını təsdiqləyib. O, həmçinin Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmalıdır. Bundan əvvəl Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri tərəfindən yeni sanksiyalar paketi razılaşdırılıb.
“Bu sərt sanksiyalar paketi Rusiyanın əsas texnologiyalara çıxışını daha da məhdudlaşdıracaq. O, Rusiyanı əlavə enerji gəlirlərindən məhrum edəcək, həm də xaricdəki kölgə donanmasına və kölgə bankçılıq şəbəkəsinə qarşı yönələcək”, – Ursula Fon der Lyayen X sosial şəbəkəsindəyazıb.
S.ELAY
XQ