Rusiya Qafanda baş konsulluq açır

post-img

Moskva yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir. Bunu TASS-a müsahibəsində dövlət katibi - Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib. Məlumatı TASS verib. 

“Ermənistanda baş konsulluğun açılması ilə bağlı göstəriş verilib, indi İndoneziyada, Balidə baş konsulluq açılacaq. Bu, böyük təşkilati-texniki işdir”, - nazir müavini qeyd edib.

Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətinə dair aydınlaşdırıcı suala cavab olaraq diplomat bunun “yaxın gələcəkdə” gözlənildiyini bildirib: “Biz bunu ilin sonuna qədər gözləyirik”.

İvanov, həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “bir sıra Afrika ölkələrində” yeni Rusiya diplomatik nümayəndəliklərinin açılması ilə bağlı daha əvvəl elan etdiyi planları da xatırladıb. 

 

P.ƏMİRCANOV

XQ

Dünya