Vyetnamla hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi Rusiyanın prioritetləri sırasındadır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin iyunun 20-də vyetnamlı həmkarı To Lam ilə danışıqlar zamanı bildirib. Məlumatı “İzvestiya.ru” verib.
“Putin deyib ki, Rusiya ilə Vyetnam arasında 30 illik dostluq münasibətləri ərzində iki ölkənin inkişafına kömək edən “müntəzəm və mənalı siyasi təmaslar davam etdirilib”. Rusiya lideri əlavə edib ki, ticarət-iqtisadi əlaqələr nəzərəçarpacaq artımla mütərəqqi şəkildə inkişaf edir.
“Ötən il ticarət dövriyyəsi 8 faiz artıb. Hər iki tərəfin hökumətlərarası komissiyası bununla bağlı yaxından işləyir”, - deyə Putin bildirib.
Vyetnam prezidenti, öz növbəsində, Rusiya tərəfini mühüm uğurlara imza atması münasibətilə təbrik edib və qeyd edib ki, Vyetnam Moskva ilə siyasi əlaqələri gücləndirməkdən “çox şaddır”.
Qeyd edək ki, Putin Vyetnama ötən gecə, iyunun 19-da gəlib. Bundan əvvəl Rusiya prezidenti KXDR-ə səfər edib. O və Şimali Koreya sədri Kim Çen In danışıqlardan sonra bir-birlərinə hədiyyələr veriblər. Xüsusilə, KXDR liderinə ikinci “Aurus” avtomobili hədiyyə edilib.
P.ƏMİRCANOV
XQ