Pekində robot taksilər işə salınacaq

post-img

Son üç ildə Çin robotlaşdırılmış taksiləri işə salmaq üçün əhəmiyyətli səylər göstərib və onların nəticəsində bu ay Pekində robotlaşdırılmış taksilər işə salınacaq.

AZƏRTAC CNBC-yə istinadla xəbər verir ki, robot taksi rəsmi olaraq qarşıdakı 14 gün ərzində əhaliyə xidmət göstərməyə başlayacaq. “Pony.ai”ın vitse-prezidenti və Pekindəki Araşdırmalar və İşləmələr Mərkəzinin rəhbəri Nin Can bildirib ki, onlar yalnız hökumətin xüsusi razılığını gözləyirlər. Bu ilin sonuna qədər 50 robot taksinin kontroller olmadan işə başlaması gözlənilir.

Robot taksi dünyanın digər ölkələrində də tətbiq edilməkdədir. Xüsusilə, İlon Maskın “Tesla” şirkəti bu yaxınlarda elan edib ki, cari il avqustun 8-də özünün robot taksisini təqdim edəcək.

Dünya