İrlandiyada Azərbaycan Bayrağı qaldırılıb

post-img

İrlandiyada Azərbaycan Bayrağı ucaldılıb.

AZƏRTAC Azərbaycanın Britaniyadakı səfirliyinə istinadla xəbər verir ki, İrlandiya vətəndaşı Maykl Kortni mayın 28-də ölkəmizin Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Bayrağını dalğalandırıb.

Səfirlik İrlandiya vətəndaşına göstərdiyi təşəbbüsə görə təşəkkür edib, gələcəkdə də bu istiqamətdə onu dəstəkləyəcəklərini bildirib.

Qeyd edək ki, Maykl Kortni dünyanın müxtəlif ölkələrinin müstəqillik günlərində onların dövlət bayraqlarını dalğalandırır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Siyasət