Ermənistanda daşqınlar: 3 nəfər ölüb

post-img

Ermənistanın Loru bölgəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “İzvestiya.ru” yayıb. 

“Fəlakət bölgəsində üç nəfər ölüb. Xilasedicilər naməlum vətəndaşın cəsədini körpünün altından çıxarıblar”, - deyə nazirlikdən bildirilib.

Aydınlaşdırıb ki, Ptqavan və Şnox kəndləri yaxınlığında daha iki nəfərin cəsədi tapılıb.

Bundan əvvəl Daxili İşlər Nazirliyi bir nəfərin ölməsi barədə məlumat vermişdi.

Ermənistanın Loru rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb.

P.ƏMİRCANOV
XQ

Dünya